Dünya

Böyük Britaniya və Fransa sərhədçiləri tərəfindən 74 miqrant saxlanılıb

2 İyun 2019 09:24
0 Şərh     Baxış: 648
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniya və Fransa hakimiyyətləri tərəfindən 74 miqrant saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, həmin miqrantlar gecə saatlarında La-Manş boğazını qeyri-qanuni keçməyə cəhd ediblər. Bununla onlar Birləşmiş Krallıqda məskunlaşmaq istəyiblər.

Məlumata əsasən, miqrantlar səkkiz kiçik qayıq ilə yola düşmək istəyiblər, lakin onlardan yalnız biri sahilə çata bilib.

Həmçinin deyilir ki, daha iki qayıq açıq dənizdə Fransanın, beşi isə - Britaniyanın sərhəd xidmətləri tərəfindən saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.