Dünya

Enerji içkilərinin daha bir zərəri üzə çıxdı

31 May 2019 16:28
0 Şərh     Baxış: 1 956
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Enerji içkiləri istehsal olunandan zərəri haqda danışılır. Bu içkilərin daha bir ziyanı ortaya çıxıb.

Milli.Az bizimyol-a istinadən xəbər verir ki, enerji içkisindən 32 unsiya (946 millilitr) istifadə təzyiqi kəskin artırır, ürək fəaliyyətinin ritmini pozur. Nəşrin yazdığına görə, eksperiment belə nəticə müəyyən edib.

Eksperimentə 18-40 yaş arası 34 könüllü qoşulub. Onlar kofeinlə enerji içkisi və plasebo qəbul ediblər. Hər yarım saata 470 millilitr içmək lazım gəlib. Bu müddətdə isə elm adamları ürək fəaliyyətini müşahidə ediblər. Məlum olub ki, plasebo qəbul edənlər daha sakit görünürlər.

Enerji içkisinin dadına baxanlarda isə ürək döyüntülərinin sürəti xeyli artıb. Bunları içənlərdə sistolik və diastolik təzyiqin 4-5 millimetr yüksəldiyi də müşahidə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.