Dünya

10 yaşlı uşaq anasının doğuşunu videoya çəkdi - FOTO

31 May 2019 11:24
1 Şərh     Baxış: 2 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sosial şəbəkələrdə yayılan video maraq doğurub.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, videoda qadının avtomobildə doğum etməsi əks olunub.

Görüntülər ABŞ-da, Las-Veqasdakı magistral yolların birində çəkilib. Əri və 3 uşağı ilə birlikdə xəstəxanaya gedən qadın övladını avtomobildə dünyaya gətirib.

Maraqlı olan isə həmin anları onun 10 yaşlı oğlunun mobil telefonla kameraya çəkməsidir.

"Biz, əslində, bir-birimizi çəkirdik. Anidən anamın sancıları artdı və "gəlir" deyə qışqırdı. Telefonu o tərəfə necə çevirməyimdən xəbərim belə olmayıb. Sonradan videonu izləyəndə düşündüm ki, bunu mütləq sosial şəbəkələrdə paylaşmalıyam", - 10 yaşlı uşaq paylaşımında qeyd edib.

Qeyd edək ki, yeni doğulan körpəyə Joliee Lavergne Addison adı verilib.

Fuad
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.