Dünya

Tramp: "İyunun 10-dan..."

31 May 2019 08:40
0 Şərh     Baxış: 1 635
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Meksikadan idxal edilən mallara iyunun 10-dan 5 faiz rüsum tətbiq edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" hesabında ABŞ prezidenti Donald Tramp yazıb.

D.Tramp bildirib: "İyunun 10-dan ABŞ bütün Meksika mallarına bizim ölkəyə qeyri-leqal miqrant axınının qarşısı alınana qədər 5 faiz rüsum tətbiq edəcək. Tariflər qeyri-leqal miqrasiya problemi aradan qaldırılana qədər yavaş-yavaş artırılacaq. Bu halda bütün tariflər aradan qaldırılacaq".

Qeyd edək ki, hər il Meksikanın ərazisindən ABŞ-a yüzlərlə qeyri-leqal miqrant keçir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.