Dünya

Leysan bu ölkəni cənginə alıb - 48 min nəfər təxliyə olundu

30 May 2019 18:09
0 Şərh     Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çin hökuməti təxminən 48 min sakinin təxliyə edilməsi barədə qərar qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, buna səbəb Quansi-Çjuan vilayətində artıq bir neçə gündür yağan aramsız leysan yağışları olub.

30 mahal və 9 şəhərdə daşqınlar baş verdiyi bildirlir.

Məlumata görə, fəlakət zonasında 354 mindən çox insan var. Yalnız 48 minə yaxın sakin təhlükəsiz ərazilərə köçürülə bilib.

Leysan yağışları əkin sahələrinə də ciddi ziyan vurub, 600-dən çox ev isə qəzalı vəziyyətə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.