Dünya

Saakaşvili: "Poroşenko mənə üç dəfə baş nazirlik postunu təkilf edib"

29 May 2019 19:39
0 Şərh     Baxış: 1 560

Petro Poroşenko mənə üç dəfə baş nazirlik postunu təkilf edib.

Milli.Az ONA-ya istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın sabiq prezidenti, Odessanın keçmiş qubernatoru Mixeil Saakaşvili deyib.

"Poroşenko üç dəfə mənə baş nazir olmağı təklif etdi və mən hər dəfə bu təklifi rədd etdim. Şərtlər fərqli ola bilər, ancaq mən indi özümü bu vəzifədə görmürəm", - Saakaşvili bildirib.

O qeyd edib ki, bu gün axşam Kiyevə uçacaq.  

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.