Dünya

Pişiyin başını yumruqla əzən oğlan tutuldu - FOTO

28 May 2019 11:42
5 Şərh     Baxış: 1 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15 yaşlı oğlan sosial şəbəkələrdə yayılan videoya görə saxlanılıb.

Milli.Az Metro-ya istinadla xəbər verir ki, videoda yeniyetmənin küçədə gördüyü pişiyi başından yumruqlaması əks olunub.

Görüntülər İngiltərənin Hempşir qraflığının Portsmut qəsəbəsində çəkilib.

Pişiyə yumruq vuran oğlan onun havada fırlanaraq yıxıldığını gördükdə qəhqəhə çəkib. O, daha sonra görüntüləri sosial şəbəkələrə yükləyib.

Heyvansevərlərin təkidi ilə 15 yaşlı oğlan heyvana qarşı qəddarlığa görə Britaniya polisi tərəfindən saxlanılıb.

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.