Dünya

Türmədə dava: 15 ölü

27 May 2019 09:08
0 Şərh     Baxış: 2 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Amazonas ştatında yerləşən həbsxanalardan birində dustaqlar arasında baş vermiş dava zamanı azı 15 nəfər həlak olub.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Bildirilir ki, hadisə Manaus şəhər həbsxanasında olub. Əraziyə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib və vəziyyət nəzarətə götürülüb.

Hazırda mümkün qaçış halları haqqında məlumat yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.