Dünya

Hokkaydoda temperatur rekordu qeydə alınıb

26 May 2019 22:08
1 Şərh     Baxış: 1 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bazar günü Yaponiyanın Hokkaydo adasında may ayı üçün görünməmiş istilər qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ölkənin milli meteoroloji idarəsinin yaydığı məlumata görə, Saroma qəsəbəsində havanın temperaturu 39,5 dərəcəyədək yüksəlib. Həmçinin adanın cənubundakı dağlıq rayonda yerləşən Obixiro şəhərində temperatur son 127 illik rekordu yeniləyib. Günorta orada hava 38,8 dərəcəyədək qızıb. Sinoptiklər qeyd edirlər ki, Hokkaydo üçün hətta yay ayları üçün xarakterik olmayan yüksək hərarət isti küləklər və buludsuz havada parlaq günəş şüaları nəticəsində yaranıb.

Yaponiyanın digər rayonlarında da isti hava müşahidə olunur. Tokioda gündüz termometr 32 dərəcəni, qonşu Saytama prefekturasında isə 35,8 dərəcəni göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.