Dünya

Güclü külək Tbilisidə ciddi fəsadlar törədib - FOTO

26 May 2019 22:07
0 Şərh     Baxış: 629

Gürcüstan ərazisində mayın 26-da günün ikinci yarısında güclü külək və yağış ciddi fəsadlar törədib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, güclü külək paytaxt Tbilisidə, Müstəqillik Günü ilə əlaqədar mərkəzi Rustaveli prospektində təşkil olunmuş kənd təsərrüfatı məhsullarının satışı yarmarkasını, idman yarışları və konsertlər keçirilməsi üçün quraşdırılmış konstruksiyaları dağıdıb. Xəsarət alan olmayıb.

Telavidə külək konsert üçün quraşdırılmış səhnəni uçurub. Daha bir neçə bölgədə ağaclar aşıb, bəzi kəndlərdə evlərin damı dağılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.