Dünya

Heç bir problem bizim mehriban qonşuluq münasibətlərimizə mane olmamalıdır - Salome Zurabişvili

26 May 2019 22:04
0 Şərh     Baxış: 1 769
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq, bu problemi həll etmək lazımdır. Lakin heç nə bizim mehriban qonşuluq münasibətlərimizə və bölgədə sabitliyə mane olmamalıdır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Müstəqillik Gününə həsr olunmuş tədbirdəki çıxışında söyləyib.

Dövlət başçisi deyib: "Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədsiz qoruna bilməz. Buna görə də mən dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırmışam".

S.Zurabişvili Gürcüstan ilə Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpa olunmasını alqışladığını vurğulayıb və yaxın gələcəkdə dövlətlərin maraqlarına uyğun nəticə əldə ediləcəyinə ümid bəslədiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.