Dünya

Gürcüstanda nazir istefaya göndərildi - QALMAQAL

26 May 2019 16:23
0 Şərh     Baxış: 1 140

Gürcüstanın Acarıstan Muxtar Respublikasının (MR) təhsil, mədəniyyət və idman naziri İnqa Şamilişvili istefaya göndərilib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, buna Rusiya bayraqları səbəb olub.

Belə ki, Batumidə beynəlxalq folklor festivalı çərçivəsində bu gün şəhərin mərkəzində keçirilən yürüşdə Rusiyanın Rostov şəhərini təmsil edən iştirakçılar əllərində Rusiya bayraqlarını tutublar.

Festival təşkilatçıları bildiriblər ki, iştirakçılar Rusiyanı təmsil etməyiblər və onlar etnik ruslar olublar.

Batumidə Rusiya bayraqlarının məhz Gürcüstanın Müstəqillik günündə meydana gəlməsi muxtar respublika rəhbərliyini hiddətləndirib. Festivalın təşkili ilə bağlı məsuliyyəti Acarıstan MR-in Təhsil, Mədəniyyət və İdman Nazirliyi daşıyıb.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.