Dünya

Oklahomada 2 nəfər tornado qurbanı olub

26 May 2019 18:44
0 Şərh     Baxış: 257

ABŞ-ın Oklahoma ştatında tornado 2 nəfərin həyatına son qoyub.

Milli.Az Trend-ə istinadən bildirir ki, El Reno şəhərində hadisə nəticəsində mehmanxana eləcədə yaxınlığda yerləşən yaşayış binalarına ziyan dəyib.

Hazırda yerli hakimiyyət orqanları itkin düşmüş şəxslərin sayını dəqiqləşdirir. Axtarış və xilasetmə əməliyyatları davam edir.

Şəhərin bələdiyyə başçısı Met Bey, hadisə bölgəsindən sakinləri uzaqlaşmağa çağırıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.