Dünya

Aralıq dənizində iki yüzdən çox miqrant xilas edildi

26 May 2019 13:16
0 Şərh     Baxış: 321

Malta Silahlı Qüvvələri Aralıq dənizində ayrı-ayrılıqda keçirilən xilasetmə əməliyyatları nəticəsində 216 miqrantı xilas edib.

Bu barədə Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir.

Qeyd olunur ki, miqrantlar Aralıq dənizini qayıqlar vasitəsilə keçmək istəyirmirşlər. Xilas edilən şəxslər arasında bir neçə uşaq və bir hamilə qadın da olub.

Maltada miqrantlar həkim müayinəsindən keçiriləcək, onlara sənəd hazırlanacaq. Bundan sonra isə onlar beynəlxalq hüquq normalarına uyğun olaraq sığınacaq almaq üçün müraciət edə bilərlər.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.