Dünya

Baxçalıdan HDP ilə bağlı xüsusi tapşırıq

26 May 2019 11:28
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

MHP sədri Dövlət Baxçalı HDP ilə bağlı MHP-çilərə bəzi təlimatlar verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə Türkiyənin "Təqvim" qəzeti çıxış edib. Qəzet 23 iyunda İstanbulda keçiriləcək seçkilərlə bağlı MHP sədrinin 16 rayon başçısı ilə keçirdiyi iclasda İstanbul və HDP ilə bağlı xüsusi tapşırıqlar verdiyini yazıb və çıxışının bir hissəsini yayımlayıb.

"Kürd xalqı üzərindən oyun oynayırlar. "HDP kürdləri təmsil edir" təəssüratını yaradırlar. Bunun doğru olmadığını vətəndaşa izah edib, bu təsəvvürləri qırın.

Bizim üçün İstanbul çox önəmlidir. Qapı-qapı dolaşacaqsınız. Partiya ayrı-seçkiliyi etmədən çalışacaqsınız. Türk-kürd hamımız qardaşıq", - Baxçalı bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.