Dünya

"Sarı jiletlər" əl çəkmir - Bu dəfə 12,5 min insan küçəyə çıxdı

26 May 2019 09:49
0 Şərh     Baxış: 709
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransada "sarı jiletlər"in etiraz aksiyasında 12,5 min insan iştirak edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin paytaxtı Parisdə aksiyalara 2,1 min insan qoşulub.

Parislə yanaşı etiraz aksiyaları Amyen, Kan, Belfor, Tuluz və bir sıra digər şəhərlərdə keçirilib. Lion şəhərində aksiyalarda 3 min insan iştirak edib.

Bildirilir ki, ötən həftə keçirilən etiraz aksiyalarında ölkə üzrə 15,5 min insan iştirak edib. Paytaxta etiraz aksiyalarına 1,6 min insan qoşulmuşdu.

Qeyd edək ki, Fransada noyabrın 17-dən yanacağın qiymətinin artması ilə əlaqədar genişmiqyaslı etiraz aksiyaları keçirilir. Yanacağın qiymətinin artmasına qarşı hərəkat "sarı jiletlər" adlandırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.