Dünya

Əfqanıstanda hava limanına hücum - TERROR

26 May 2019 09:39
0 Şərh     Baxış: 736
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Taliban" radikal hərəkatının üzvləri Əfqanıstanın Kandaqar əyalətinin hava limanına hücum ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə yerli polis rəisi Tadin Xan Açakzay deyib.

Polis rəisi bildirib: "Bu gün səhər taliblər Kandaqar aerodromuna reaktiv mərmi buraxıblar. Hücum uğursuz olub. Atəş açılan yer müəyyən edilib və orada daha bir reaktib mərmi aşkar edilib".

Onun sözlərinə görə, təhlükəsizlik qüvvələrinin əməliyyatı zamanı hücumla bağlılığı olan 3 nəfər saxlanılıb.

REKLAM

Bildirilir ki, hücum nəticəsində ölən və yaralanan olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.