Dünya

Yaponiyada iki gəmi toqquşub, itkin düşənlər var

26 May 2019 09:01
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sakit okeanda, Tiba prefekturasından 11 kilometr aralıda iki Yaponiyaya məxsus gəmi toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində gəmilərdən biri batıb və onun göyərtəsində olan 5 nəfər heyət üzvündən 4-ü itkin düşüb. Gəminin kapitanı xilas edilib.

Qeyd edilir ki, qəza gecə saatlarında duman səbəbindən baş verib. Batan gəmi 1.6 min tona yaxın polad daşıyırmış və Osakaya gedirmiş.

Hazırda sahil mühafizəsi qayıqlar və helikopterlər vasitəsilə itkin düşənlərin axtarışlarını aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.