Dünya

İran: "Amerika axmaqlıq etsə gəmilərin dənizin dibinə göndərərik"

25 May 2019 17:13
9 Şərh     Baxış: 1 733

"Reuters" agentliyinin İranın yarım-rəsmi "Mizan" agentliyinə istinadən yaydığı xəbərdə deyilir ki, rəsmi Tehran ABŞ-ın körfəzə daxil olan hərbi gəmiləri dənizin dibinə göndərə bilər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ABŞ cümə günü Yaxın Şərqə 1.500 nəfərlik qoşun yeritdiyini bəyan etdi və vurğuladı ki, İran ABŞ-ın müttəfiqi olan ərəb ölkələrinin neft daşıyan tankerlərini sıradan çıxarmaq üçün təxribatlara əl atıb. Rəsmi Tehran bu cinayətə görə məsuliyyət daşıyır.

"Amerika regiona iki hərbi gəmi göndərir. Əgər onlar bir balaca axmaqlıq etsə, biz həmin gəmiləri batıraraq, suyun dibinə göndərərik. Eyni zamanda gəmidə olan hərbiçilər də, qırıcı təyyarələr də sulara qərq olacaq. Bunun üçün bizim iki raket atəşi etməyimiz yetər, ya da yeni gizli silahımızı işə sala bilərik". İran ordusunun generalı Murtaza Qurbani "Mizan" agentliyinə belə deyib.

Qərb mütəxəssisləri qeyd edir ki, İran öz hərbi qüdrətini şişirtməyə meyllidir. Ancaq onlar da deyir ki, İranın uzaq mənzilli raketləri təhlükəlidir. Rəsmi Tehran ABŞ-ın Fars körfəzindəki hərbi gəmilərini məhz həmin raketlərlə vura bilər.

Milli.Az

loading...

Şərh yaz:

9 Şərh:

  • Anonim
    Tənqidçi · 25 May 17:2039

    Gəmilərini batırarsız??? Bunu demirlər əməl edirlər...Fikrimcə iran özünü çox şişirdir..İran nəyi var ABŞ -dan çəkinir...çəkinməsəydi çoxdan gəmiləri batırmışdı....Amma müharibə qaçırılmazdı...İNŞALLAH molla rejiminə az qalıb...

    Cavab yaz
    • Anonim
      Sovet vətəndaşı · 25 May 18:3361

      Bir Səddam görə milyonlarla iraqlı öldü. Suriya, Liviya, Əfqanıstan da onu kimi. Deməli Amerikanın müsəlman ölkələrini məhv etməyinə birinci elə müsəlman sevinir. Bu boyda ölkələrin dagilmagi, müsəlmanların qırılmağı nə qazanc gətirir belə görən? Əsas da bizim azərbaycanlılar deyəsən qazanc götürürki belə sevinir.

      Cavab yaz
  • Anonim
    Raul · 25 May 19:0161

    Səhv etmirəmsə bizim orada milyonlarca Azərilərimiz var. Düşüncəsiz şərhlər yazmayın. Müharibə oyuncaq deyil. Deyəsən bəziləri unudub Qarabağ müharibəsini. Allah heçkimə göstərməsin. Amin.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 25 May 23:5652

    İran ağıllı,güclü dövlətdir.

    Cavab yaz
    • Anonim
      Hewal · 26 May 13:5710

      Köklü-köməclidir həm də

      Cavab yaz
  • Anonim
    Ceyhun · 26 May 02:2200

    Tənqidçi-sən yüz faiz azərbaycanlı deyilsən... Birdə ki, insan nə qədər tənəzzül edər ki,Amerikanın tərəfini tutar...

    Cavab yaz
    • Anonim
      Tənqidçi · 26 May 08:3040

      Ceyhun muəllim !!! Mən yüz faiz Azərbaycanlıyam...Orxan Fikrət oğlu demişkən köhnə Azərbaycanlı...Damarımdakı axan qanım və ruhumda əsl Azərbaycanlıdı..Qəti olaraq buna şübhə etmə...Mənim anti iran meyilliyim bizim tariximiznən əlaqədardı...sadəcə biraz tarixi oxusan sən məndəndədə betər anti iran fikirlərin olar...bax belə...

      Cavab yaz
      • Anonim
        Ceyhun · 26 May 16:2600

        Tənqidçi-tarixi oxumuşam. Amerikanın tarixini, indiki siyasətini araşdırsan yuxudan ayilarsan...

        Cavab yaz
        • Anonim
          Tənqidçi · 26 May 16:5910

          Məni amerikanın rarixi maraqlı deyil..məni maraqlandıran azərbaycanın işğal olunmuş və dəfələrnən bölünmüş əraziləridi...

          Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.