Dünya

Erməni nazir Lavrovla danışdı, təcili yardım çağırmalı oldular

25 May 2019 13:23
1 Şərh     Baxış: 2 093
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya XİN rəhbəri Sergey Lavrovla telefon söhbətindən sonra Ermənistan xarici işlər naziri Zöhrab Mnasakanyanın halı gözlənilmədən pisləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu haqda Ermənistan KİV məlumat yayılıb.

İnsident ötən həftə baş verib. Ermənistanlı diplomatın halının dəyişməsi ilə əlaqədar XİN əməkdaşları təcili tibbi yardım çağırmalı olub.

Nazirliyə gələn həkimlər tibbi yardım göstərib. Məlum olub ki, Lavrovla söhbətindən sonra erməni nazirin arterial təzyiqi kəskin şəkildə qalxıb.

KİV-də verilən xəbərlərə görə, Rusiya və Ermənistan XİN-i arasında olduqca gərgin telefon söhbəti olub.

"Telefon söhbətinin digər təfsilatları məlum olmasa da, söhbətin nazirin arzu etdiyi şəkildə getmədiyi aydındır", - deyə erməni mediası yazır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.