Dünya

Pulsuz internetlə bağlı ilk addım atıldı - VİDEO

25 May 2019 12:14
2 Şərh     Baxış: 3 128
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın "SpaceX" şirkəti internet layihəsi çərçivəsində kosmosa 60 peyk göndərib.

Milli.Az redaktor.az-a istinadən xəbər verir ki, aparatlar "Falcon 9" raketi ilə Floridadakı bazadan kosmosa buraxılıb. 1 peykin ağırlığı 227 kq-dır.

Qeyd edək ki, Kosmik nəqliyyat şirkəti "SpaceX"in yaradıcılarından olan İlon Mask 2027-ci ilə qədər bütün dünyanı "Starlink" peykləri ilə əhatə etməyi planlaşdırır.

Layihənin məqsədi dünyanı, o cümlədən internet olmayan və xidmətin bahalı olduğu əraziləri yüksək sürətli, ucuz internetlə təmin etməkdir. 2027-ci ilə qədər kosmosa 12 min peykin göndərilməsi planlaşdırılır. Kosmosa 400 peyk göndəriləndən sonra internet xidməti istifadəyə veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.