Dünya

Hindistanda dəhşətli görüntülər: məktəblilər yanan binadan özlərini atırlar - 19 ölü - VİDEO

25 May 2019 10:56
1 Şərh     Baxış: 2 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistanın qərbində yerləşən Surat şəhərində yerli məktəb binasında baş verən yanğın nəticəsində azı 19 nəfər həlak olub.

Milli.Az bu haqda oxu.az-a istinadən xəbər verir.

Hadisə şahidləri binadan qatı tüstünün qalxdığını və içəridə olan bəzi şagirdlərin yanğından qurtulmaq üçün pəncərədən özlərini aşağı atdığını bildirir.

Qurbanların çoxu məktəbin hazırlıq mərkəzində oxuyan yeniyetmələrdir.

Yanğının səbəbi hələ məlum deyil. Rəsmilərin dediyinə görə, binanın mərtəbələrində dam örtüyü tezalışan materialdan olduğundan alov sürətlə yayılıb.

Bundan başqa, azı 20 nəfərin müxtəlif dərəcəli yanıq xəsarətləri aldığı və Qucarat xəstəxanalarına təxliyə olunduğu bildirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.