Dünya

Latviyada Avropa Parlamentinə seçkilərdə səsvermə başlayıb

25 May 2019 09:25
0 Şərh     Baxış: 600

Latviyada bu gün saat 07:00-da Avropa Parlamentinə (AP) seçkilərdə səsvermə başlayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkə ərazisində olan 958 və xaricində yerləşən 444 seçki məntəqəsi saat 20:00-a qədər açıq olacaq.

Mərkəzi Seçki Komissiyası gün ərzində saat 08:00-dan, 12:00-dan, 16:00-dan 20:00-dan sonra seçicilərin sayı barədə məlumat verəcək.

Latviyada Avropa Parlamentinə seçkilərdə ilkin nəticələri Mərkəzi Seçki Komissiyası, 26-27 May tarixləri arasında gecə yarısı elan edəcək.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.