Dünya

“Anatolian Phoenix-2019” təlimləri sona çatıb - FOTO - VİDEO

24 May 2019 20:57
0 Şərh     Baxış: 458

Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2019" beynəlxalq axtarış-xilasetmə təlimləri sona çatıb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, təlimlərin bağlanış mərasimində Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akar və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler iştirak ediblər.

Türkiyə ordusunun rəhbərliyi təlimlərdə iştirak edən Azərbaycan heyəti ilə də görüşərək onlara sertifikatlar təqdim edib.

Qeyd edək ki, beynəlxalq təlimlərdə Azərbaycan Ordusunun 4 hərbi helikopteri və 60 yaxın şəxsi heyəti iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.