Dünya

Nazarbayevə Türk Şurasının fəxri prezidenti statusu verildi

24 May 2019 20:50
1 Şərh     Baxış: 678

Nursultan Nazarbayevə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Fəxri prezidenti statusu verilib.

Milli.Az xəbər verir ki, şuradan Trend-ə verilən məlumata görə, qərar Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Qazaxıstanın keçmiş Prezidenti N.Nazarbayevlə görüşündən sonra keçirilən mətbuat konfransında elan edilib.

N.Nazarbayevə fəxri ad türk dünyasının inkişafı üçün xüsusi xidmətlərinə görə Türk Şurasına üzv ölkələrin başçılarının qəbul etdikləri qərara əsasən verilib.

N.Nazarbayev türk xalqları arasında əlaqələri inkişaf etdirmək və gücləndirmək üçün bundan sonra da lazımi dəstək verəcəyini bildirib.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    A a · 24 May 23:1300

    Büyük lider

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.