Dünya

Rumınlar Brexit-dən sonra Britaniyada qalmağı planlaşdırırlar

24 May 2019 21:45
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada Brexit-dən sonra yaşayış icazəsi üçün müraciət edən avropalıların əksəriyyəti rumınlardır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, altı yüz min müraciət arasında rumınlardan sonra italyanlar və polşalılar gəlir. Yaşayış icazəsi ilə bağlı müraciətlər 2018-ci ilin oktyabr ayından başlayaraq qəbul edilib. 2021-ci ilin iyun ayında isə sənədlərin verilməsi dayandırılacaq. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi bildirib ki, sənədlərin 95 faizi müsbət cavablandırılıb. Qeyd olunub ki, Brexit-dən sonra ölkədə təqribən 4 milyon avropalının qalması güman edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.