Dünya

Tarixin ən zəngin şəxsi o olub

24 May 2019 17:59
1 Şərh     Baxış: 1 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı neft maqnatı Con Rokfeller dünya tarixinin ən zəngin şəxsi hesab olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, amerikalı iqtisadçı Semyuel Uilyamson əvvəllər yaşamış zəngin şəxslərin sərvətlərini hazırkı göstəricilərlə müqayisə edib.

Qeyd olunub ki, C.Rokfellerin sərvəti bugünkü məzənnə ilə 350 milyard dollardan çox olardı. Bu, hazırda dünyanın ən zəngin şəxsi olan "Amazon" şirkətinin rəhbəri Ceff Bezosdan 3 dəfə çoxdur.

19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində C.Rokfellerin sərvəti ABŞ-ın ümumi daxili məhsulunun 1,6 faizini təşkil edirdi.

Bundan başqa, iqtisadçının təhlillərinə əsasən, Qədim Roma sərkərdəsi, Spartak üsyanına qalib gəlmiş Mark Krassın sərvəti bugünkü 210 milyard dollara bərabər olardı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.