Dünya

Türkiyədə qadınların hərbi xidmət keçməsi təklif olunub

24 May 2019 16:57
0 Şərh     Baxış: 882

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) orduda qadınların da hərbi xidmət keçməsi təklifi ilə çıxış edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu təklifi parlamentin iclası zamanı bir neçə deputat səsləndirib.

Deputatlar bildirib ki, Türkiyənin hər bir vətəndaşı orduda xidmət etməlidir: "Türk qadınlarının hərbi xidməti üçün hər bir şərait yaradılmalıdır".

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin müdafiə naziri Hulusi Akar hərbi xidmətdə yeni sistemin yaradıla biləcəyini demişdi.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.