Dünya

Rusiyada məzun deputata hücum etdi - VİDEO

24 May 2019 14:49
0 Şərh     Baxış: 1 201
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Mari El Respublikasının Yurino qəsəbə məktəbinin məzunu son zəngdə çıxış edən deputata zərbə endirib.

Milli.Az bu barədə Oxu.az-a istinadən xəbər verir.

Belə ki, şagird "Vahid Rusiya" (Единой России) partiyasının deputatı Yekaterina Vahidovaya son zənglə bağlı çıxış edəndə hücum edib.

Kadrlardan görünür ki, şagird insanların içindən qaçaraq qadının başına zərbə endirir. Onu sonradan zaldan çıxarırlar. Şahidlər Vahidovanın ağlayaraq nitqini yekunlaşdırdığını deyirlər.

Məktəblilərin sözlərinə görə, hücum etməzdən əvvəl oğlan deputatın olduğu partiya ilə bağlı narazılığını bildirib. Vahidovanın çıxışından əvvəl o, qışqıraraq təhqirlər yağdırıb. Psixoloq deyir ki, bu cür aqressiyanın səbəbi neqativ hissləri uzun müddət içində saxlamaq və ya psixi xəstəlik ola bilər.

Faktla bağlı araşdırmalar aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.