Dünya

“Sərkisyandan fərqiniz yoxdur” - Paşinyan komandasında istefalar başladı

24 May 2019 18:17
0 Şərh     Baxış: 1 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın ekologiya nazirinin müavini Ayser Kazaryan istefa verib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, o bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Kazaryan Nikol Paşinyan hökumətini ədalətsizlikdə ittiham edib və keçmiş Serj Sərkisyan hakimiyyətindən fərqlənmədiyini bildirib:

"İstefa məktubumu yazdım. İnqilab davam edir, keçmiş hakimiyyətin "ədalət prinsipləri" isə qalır, bunu rədd edirəm".

O, istefa məktubunu birbaşa Baş nazir Nikol Paşinyana təqdim edib.

Qeyd edək ki, Ayser Kazaryan keçən ilin iyunun 21-də bu posta təyin edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.