Dünya

Cümə namazı vaxtı Rəhmaniyyə məscidinə hücum: 2 ölü, 12 yaralı - VİDEO - FOTO

24 May 2019 13:37
0 Şərh     Baxış: 1 735

Pakistanda güclü partlayış baş verib.

Milli.Az bildirir ki, Pakistanın Paştunabad vilayətindəki Rəhmaniyyə adlı məsciddə cümə namazının qılındığı vaxt partlayış olub.

Bu barədə məlumatı "Dunya News" nəşri yayıb.

İlkin məlumata görə, 2 nəfər ölüb, 12 yaralı var. Yaralılar yaxınlıqlakı dövlət xəstəxanasına çatdırılıblar.

Əraziyə giriş bağlanıb. Hadisənin terror olub-olmadığı araşdırılır.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.