Dünya

İğtişaşların ardı-arası kəsilmir: 8 ölü, 79 yaralı - VİDEO

24 May 2019 10:24
0 Şərh     Baxış: 1 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyada ikinci dəfə prezident seçilən Coko Vidodoya qarşı baş qaldıran iğtişaşlar davam edir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, kütləvi iğtişaşlar nəticəsində 8 nəfər həyatını itirib. Paytaxt Cakartanın qubernatorunun sözlərinə görə, yaralıların sayı 79 nəfərə çatıb.

Mayın 23-də ciddi toqquşmalar seçkilərə nəzarət ştabının yaxınlığında baş verib. Etirazçılar polislərin üstünə içində yandırıcı maddə olan butılka atıb. Polislər isə iğtişaşçıları yatırtmaq üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.

Kütləvi iğtişaşların görüntüləri "TicToc by Bloomberg"in Tvitter hesabında paylaşılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.