Dünya

İnternet sürətlənəcək və ucuzlaşacaq - Orbitə 60 peyk buraxıldı

24 May 2019 09:39
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"SpaceX" şirkəti orbital brodbend (geniş zoalıqlı məlumat ötürmə texnologiyası-red)  sisteminin tətbiqinə başlayıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə Floridadan havaya qalxan "Falcon-9" raketi orbitə 60 internet peykindən ibarət bağlamanı çatdırıb.

Sözü gedən süni peyklər dünya əhalisinin son dərəcə yüksək sürətli və ucuz internetlə təchizatına imkan verəcək.

Elon Maskın şirkəti "Starlink" şəbəkəsi üçün 2020-ci ilə kimi orbitə ümumilikdə 12 minə yaxın peyk buraxmaq niyyətindədir.

Layihə 2015-ci ildə işə salınıb. "Tintin"adlı sınaq prototipləri hələ fevralın 22-də uğurlu şəkildə orbitə göndərilmişdi .

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.