Dünya

ABŞ-dan rəqiblərini qorxudacaq hərbi büdcə

23 May 2019 23:50
0 Şərh     Baxış: 1 800
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Senatının silahlı qüvvələr üzrə komitəsi 2020-ci il üçün müdafiə büdcəsini uyğunlaşdırıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu haqda komitənin rəhbərləri Cim İnxof və Cek Ridin press-relizində bildirilib.

"Qanun layihəsi 2020-ci il maliyyə ilində milli müdafiəyə 750 milyard dolların ayrılmasını nəzərdə tutur", - xəbərdə deyilir.

Xüsusi halda, baza büdcəsi 642,5 milyard dollar təşkil edəcək, daha 23,2 milyard dollar nüvə silahı üçün cavabdeh olan Energetika Nazirliyinin hərbi proqramlarına xərclənəcək. Bundan başqa, xaricdə əməliyyatlara 75,9 milyard dolların ayrılması planlaşdırılır.

Həmçinin, F-35 beşinci nəsil qırıcılarının alınmasına 10 milyard dollar xərclənəcək. 24 milyard dollar 12 yeni hərbi gəminin tikintisi üçün ayrılır.

Qanun layihəsi Senatın tam tərkibinin müzakirəsinə veriləcək və Nümayəndələr Palatasında hazırlanan versiya ilə uyğunlaşdırılacaq. Bundan sonra Konqres hərbi büdcəni qəti bəyənəcək və prezident Donald Trampa imzalanması üçün təqdim olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.