Dünya

İsraildə meşə yanğınları: qəsəbələr təxliyə olundu

23 May 2019 23:03
0 Şərh     Baxış: 599
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin mərkəzi hissəsində güclü yanğınlar səbəbindən qəsəbələr və magistral yollar bağlanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu polis bildirib. Məlumata əsasən, yanğınlar Qüds və Modiin şəhərlərində baş verib. Yanğının yayılmasına əsas səbəb cümə axşamı günündən başlayan quru və isti havadır.

Hüquq-mühafizə orqanlarının rəsmisi Miki Rozenfeld bildirib: "Polis və xilasetmə qrupları Qüds və Modiinin ərazisində yanğını söndürməyə çalışır. Yollar baglanıb və Modiin ətrafında qəsəbələr təxliyə olunub".

Qeyd edək ki, yerüstü vasitələrlə yanaşı, yanğınlar xüsusi aviasiya mübarizə aparır.

Hava şəraitindən başqa, vəziyyəti Laq ba Ömər yəhudi bayramı çətinləşdirib. Bu bayram zamanı iudaizm davamçıları qədim ənənəyə sadiq qalaraq çoxsaylı tonqallar qalayırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.