Dünya

İran: Mahnı ifa edən qadın məhkəməyə çağrılıb

23 May 2019 21:06
1 Şərh     Baxış: 2 108

İranın Natanz şəhəri yaxınlığındakı bir kənddə bir qadın müğənninin mahnı ifa etməsi rəsmilərin sərt reaksiyasına səbəb olub.

Hadisə tarixi Əbyanə kəndində baş verib.

Nigar Müəzzamın ifa etdiyi mahnı internetə yüklənəndən sonra izləyicilərin diqqətini cəlb edib.

Müğənninin kəndə ailəvi şəkildə turist səfəri ilə gəldiyi deyilir. Səyahəti təşkil edən şirkətin də məsuliyyətə cəlb olunacağı bildirilib.

Ali Dini Rəhbərin yerli nümayəndəsi olayı "biyabırcı hərəkət" kimi təsvir edib. Ruhulla Əmini hadisənin Ramazan ayında baş verdiyini xüsusi qeyd edərək, hüquq-mühafizə ilə ədliyyə orqanlarını "küfrə" qarşı ölçü götürməyə səsləyib.

Natanzin qubernatoru həmçinin başqa hadisə iştirakçılarını da müəyyən etməyə səsləyib.

Yusif Hüseyni turu təşkil edən şirkətin meneceri və mahnı oxuyan qadının məhkəməyə çağrıldığını bildirib.

İran qanunvericiliyi ictimai yerdə qadınların mahnı oxumasına və rəqs etməsinə icazə vermir.

İsfahan şəhəri yaxınlığında baş verən hadisə Twitter-də müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçilərindən biri yazır ki, müğənni ilə bağlı hadisəyə çevik reaksiya verən hakimiyyət qadınların üzünə kimyəvi turşu çırpanlara qarşı işlərdə yubanmalara yol verir.

"Necə ola bilər ki, İranda heç kim xoşbəxt ola bilməz?", -Twitter paylasımında deyilir.

Daha bir istifadəçi isə belə sual verir: "Hamının diqqəti ABŞ və İran arasında mümkün müharibəyə yönəldiyi bir anda, İranın "40 ildir ki, öz əhalisinə qarşı" müharibə apardığını gözdən qaçırırıq".

Əksər postlarda müğənniyə dəstək verilsə də onu tənqid edənlər də var.

Onlardan biri deyir ki, hakimiyyət belə bir hala diqqət yetirməsə "İran İslam Respublikası ilə Türkiyə, Malayziya kimi... " ölkələr arasında heç bir fərq qalmayacaq.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Sinir · 23 May 23:5670

    Heeee... Ictimayi yerde mahni oxumaq gunahdi, amma sige elemek gunah deyil demekki.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.