Dünya

Buxarest gərgin trafikə görə...

24 May 2019 08:59
0 Şərh     Baxış: 777
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Buxarest gərgin trafiki olan şəhərlər arasında beşinci yeri tutur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, siyahıda Buxarestdən öncə Mexiko, Banqkok, Cakarta və Çuntzin şəhərləri gəlir. 800 mindən çox əhalisi olan şəhərlərdə tıxaclarda vaxt sərfiyatına aid olan araşdırmaya əsasən, Buxarestdə hər sürücü ildə 218 saat tıxaclarda vaxt itirir. Rumıniya bu rəqəmlə Avropa şəhərlərinin hamısından öndədir. Roma və Paris kimi meqapolislər Buxarestdən sonra siyahıda 6 və 7-ci yerləri tuturlar. Hesablamalara görə, ümumiyyətlə Buxarest sakinləri ildə 9 gün tıxaclarda vaxt itirirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.