Dünya

Azərbaycanlı “UAZ”a baş direktor təyin edildi

23 May 2019 15:46
0 Şərh     Baxış: 1 995
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ildə "Ford Sollers" müəssisəsinin azərbaycanlı prezidenti və baş direktoru Adil Şirinov Rusiyanın məşhur avtomobil zavodunun baş direktoru təyin olunub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, "Sollers" şirkətinin əsas aktivi olan Ulianovsk Avtomobil Zavodundakı bu vəzifədə Vadim Şvetsovu əvəz edib. 

"Sollers" şirkətinin nümayəndəsi bu məlumatı təsdiqləyib və bildirib ki, A.Şirinov "Ford Sollers"in rəhbərliyində qalacaq:

"Şirinovun yeni vəzifəsində əsas tapşırığı "UAZ"ın təsdiq edilmiş məhsul strategiyasını reallaşdırmaq, brendin bazar borcunu artırmaq və təchizatçıların ümumi paneli yaratmaq, eləcə də, satış sahəsində sinerji yaratmaq və diller şəbəkəsini qurmaqdır".

Nümayəndənin sözlərinə görə, A.Şirinov Rusiya avtomobil sektorunda ən səriştəli mütəxəssislərdən biridir.

"Şübhə etmirəm ki, zəngin əməli təcrübəsi, peşəkar səriştəsi sayəsində Ulianovsk Avtomobil Zavodundakı biznes fəaliyyətinin yüksək keyfiyyət standartlarını və səmərəsini artıracaq", - o qeyd edib.

Xatırladaq ki, 1964-cü ildə Bakıda dünyaya gəlmiş Şirinovun Rusiya vətəndaşlığı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.