Dünya

Mask ABŞ ordusunu məhkəməyə verdi

23 May 2019 09:23
0 Şərh     Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlon Maskın "Space Exploration Technologies" şirkəti ABŞ-ın hərbi hava qüvvələrindən federal məhkəməyə şikayət edib. İddia tələbi Rusiyanın RD-180 mühərrikinin ABŞ analoqunun hazırlanması ilə bağlı müqavilə üzrə 2,3 milyard dollarlıq tenderin yenidən keçirilməsidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hökumət peyklərinin buraxılışı üçün kosmik raketlərin hazırlanması üzrə tender 2018-ci ildə keçirilib. Onun qalibləri "United Launch Alliance" (ULA, "Locheed Martin" və "Boeing"in müştərək şirkəti - 967 milyon dollarlıq "Vulkan" ağır raketinin istehsalı), "Northrop Grumman" (  791,6 milyon dollarlıq  "OmegA" raketinin istehsalı), Ceff Bezosun "Blue Origin" (500 milyon dollarlıq "New Glenn" raketinin istehsalı) şirkəti olub.  İlon Maskın "SpaceX" şirkəti də müqabiqədə iştirak etsə də, irəli sürülən təkliflər ABŞ HHQ komandanlığını maraqlandırmayıb.

İddia ərizəsində, bütün müqavilələrin raketlərin hazırlanması ilə bağlı imzalandığı, ancaq həmin raketlərin nəinki kosmosa uçmadığı, hətta sona kimi hazırlanmadığı qeyd olunur. Şirkət bununla hökumət proqramının məqsədlərinə ziyan dəydiyini hesab edir. Aprel ayında şirkət HHQ komandanlığına müsabiqə nəticələrinin qeyri-obyektivliyi ilə bağlı şikayət göndərsə də, ərizə rədd edilmişdi.

Şirkət nümayəndələri bildirirlər ki, iddia ərizəsinin məqsədi rəqabət üçün bərabər şəraitin və şərtlərin yaradılmasıdır. Şirkət HHQ-nin müqavilələlrin beş maddəsinin tələblərini pozduğunu hesab edir və məhkəmənin HHQ-nin üzərinə qalib şirkətlərin maliyyələşdirilməsinin dayandırılması ilə bağlı öhdəlik qoymasını tələb edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.