Dünya

Bu ölkə bal istehsalında dünyada 3-cü yeri tutur

23 May 2019 08:40
0 Şərh     Baxış: 2 061
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İran bal istehsalına görə dünyada üçüncü yeri tutur.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İranın kənd təsərrüfatı nazirinin müavini Murtaza Rzayi Dünya Bal Arısı Günü münasibəti ilə keçirilən tədbirdə deyib.

M.Rzayinin sözlərinə görə, ötən il İran 1079 ton bal ixrac edib.

Nazir müavini əlavə edib ki, ötən ildə arıçılıq sahəsinə 60 trilyon rial (təxminən 1,42 milyard dollar) investisiya qoyulub.

M.Rzayi deyib ki, ötən ildə 1460 ton mum, 123 ton güləm (bee pollen), 70 ton propolis, 3,4 ton arı südü istehsal olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.