Dünya

İtaliyada turistləri aparan avtobus aşdı: ölən və yaralananlar var - VİDEO

22 May 2019 14:37
0 Şərh     Baxış: 468

İtaliyada turistləri aparan avtobus aşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Sienna vilayətində Badessa şəhəri yaxınlığında baş verib.

İnsident nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb. Ümumilikdə avtobusda 60 nəfərin olduğu bildirilib.

Hazırda hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.

Qəzanın hansı səbəbdən baş verməsi məlum deyil. Ölən və yaralanan şəxslərin vətəndaşlığı hələ açıqlanmayıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.