Dünya

İstanbulda təyyarə dirəyə çırpıldı

22 May 2019 14:19
0 Şərh     Baxış: 1 288

"Türk Hava Yolları" aviaşirkətinə məxsus təyyarə İstanbul hava limanında qəza törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ankaraya uçuş keçirməli olan təyyarə yerdə olarkən qanadı ilə elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzadan sonra həmin reys təxirə salınıb.

Qeyd edək ki, təyyarədə 247 sərnişin olub və qəzadan bir müddət sonra sərnişinlər digər təyyarə ilə Ankaraya yola salınıblar.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.