Dünya

2 yaşlı uşağını qucağına alıb intihar edən qadının son paylaşımı kövrəltdi - FOTO

22 May 2019 13:15
1 Şərh     Baxış: 6 590

33 yaşlı qadın 2 yaşlı qızını da qucağına alaraq intihar edib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Avstraliyada yaşayan alman əsilli 33 yaşlı Tanja Ludwig 2 yaşlı qızı Tilly-ni də qucağına alıb, özünü körpüdən atıb.

Onların cəsədi Sidneyin cənubundakı Vollonqonq vilayətindəki turizm mərkəzinə aid körpünün altından tapılıb.

Qadının inthardan əvvəl sosial şəbəkədə status yazdığı məlum olub. O, özünü öldürməzdən əvvəl Facebook-da "Yaxşı və ya pis vəziyyətindən asılı olmayaraq bəzən hamının dəstəyə ehtiyacı olur", - sözlərini yazıb.

O, həmçinin borc siyahısını və sağlamlığı ilə bağlı atdığı dərmanların qəbzlərinin fotolarını da paylaşıb.

Onları tanıyan şəxslərin dediyinə görə, qadın bir neçə ildir ki, Avstarliyada qızı ilə birlikdə yaşayıb.

Milli.Az fotoları təqdim edir:

Emin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Teselli · 22 May 14:2960

    Belesine deyesen ki olursen get ozun olde .o usagin ne gunahi var axi.yazig korpe.gunahsiz melek.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.