Dünya

Braziliyada kilsədəkilər atəşə tutuldular: 3 ölü

22 May 2019 11:08
0 Şərh     Baxış: 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyada kilsədə ziyarətçilər atəşə tutulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Parakatu bələdiyyə kilsəsində baş verib.

Polisin verdiyi məlumata görə, hadisə nəticəsində kilsədə 3 nəfər ölüb. Məlumatda bildirilir ki, həmin şəxs bir müddət öncə evində nişanlısını güllələdikdən sonra kilsəyə gəlib.

Atəş açan şəxsin 39 yaşlı Rudson Araqon Qimaraeş olduğu bildirilib. Onun hava qüvvələrinin keçmiş hərbçisi olduğu qeyd edilir.

Polis nümayəndəsi həmin an kilsədə 20 nəfərin olduğunu deyib. Polisin hadisə yerinə yaxın oması və dərhal reaksiya verməsi hadisənin daha böyük tələfatla bitməsinin qarşısını alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.