Dünya

İndoneziyada qanlı toqquşmalar: altı ölü, 200 yaralı - VİDEO

22 May 2019 10:05
0 Şərh     Baxış: 980
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın paytaxtı Cakartada keçirilən etiraz aksiyasında baş verən toqquşmalarda altı nəfər həyatını itirib, 200 nəfər yaralanıb.

Milli.Az bu barədə oxu.az-a istinadən xəbər verir. 

İndoneziyanın mərkəzi seçki komissiyası bazar ertəsi axşam saaatlarında bülletenlərin hesablanmasını başa çatdırıb. Nəticələrə əsasən, hazırkı prezident Coko Vidodo ümumi səslərin 55,5 faizini toplayaraq, qalib gəlib. Onun rəqibi Prabovo Subianto isə 44,5 faiz səs toplayıb.

Vidodonun növbəti müddətə prezident seçilməsinə etiraz olaraq yüzlərlə insan paytaxt küçələrinə axışıb. Polisin Subianto tərəfdarlarını dağıtmaq üçün gözyaşardıcı qaz tətbiq etdiyi bildirilir.

"Səhər 09:00-a kimi (Bakı vaxtı ilə 06:00) beş xəstəxanaya 200 yaralı gətirilib, ölənlərin sayı altıdır", - deyə agentlik yerli qubernatora istinadən xəbər verir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.