Dünya

Hələb bombalandı - Yaralılar var

21 May 2019 22:22
0 Şərh     Baxış: 595
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyanın Hələb şəhəri terrorçular tərəfindən raket atəşinə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, Hələb şəhərinin Masakin əs-Səbil və Dauar əş-Şixan rayonlarının atəşə tutulması nəticəsində altı dinc sakin yaralanıb.

Həmin rayonlar şəhərin şimal-qərbində yerləşir.

Qeyd edilir ki, Suriya hökumətinin ordusu atəşə cavab olaraq, "Kafr Nabuda" şəhəri istiqamətində silahlıların mövqelərinə hücum edib. Bildirilir ki, ordu, həmçinin əl-Latmana, Kafr-Zeyta, Xan-Şeyxun və bir sıra rayonlara zərbə vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.