Dünya

Almaniyada "polisləri" mühakimə edirlər

22 May 2019 08:08
0 Şərh     Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qərbi Almaniyanın Vuppertal şəhərinin məhkəməsi qondarma "Şəriət polisi" dəstəsinin üzvləri olan yeddi kişi barəsində işə yenidən baxır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, müttəhimlər kürsüsündə əyləşənlər şəhər sakinlərindən pul qoparmaqda və hakimiyyət orqanlarının müvafiq icazəsi olmadığı halda uniforma geyinməkdə ittiham edilirlər.

Beş il bundan əvvəl həmin qruplaşmanın üzvləri üzərində "Şəriət polisi" yazılmış parlaq uniforma geyinərək əyləncə müəssisələrinin qarşısına gedir, oradakı gənclərə (əsasən müsəlmanlara) yaxınlaşaraq onlardan içkiyə meyil etməkdən çəkinməyi, əyyaşlığa uymamağı və qumar oyunları kimi günah işlətməməyi tələb edirdilər.

2016-cı ildə bu şəxslərə bir dəfə bəraət verilib, lakin yuxarı instansiya məhkəməsi aşağı səviyyəli məhkəmənin qərarını ləğv edib və bunu belə əsaslandırıb ki, hakimlər uniformanın qorxuducu təsirini nəzərə almayıblar. Bu halda yuxarı instansiya məhkəməsi onların geyimləri üzərində "Şəriət polisi" sözləri yazılmasını nəzərdə tuturdu.

İndi bu uğursuz "polisləri" həbsxanada iki ilə qədər "təcrübə keçmək imkanı" gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.