Dünya

Yunanıstan qəbul etdiyi qaçqınların sayına görə Avropada lider ölkədir

22 May 2019 06:30
0 Şərh     Baxış: 686

Yunanıstan qəbul etdiyi qaçqınların sayına görə Avropada liderdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Dünya Miqrasiya Təşkilatı məlumat yayıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin başlanğıcından 17 min qaçqın dəniz vasitəsilə Avropaya gəlib. Miqrantlar əsas istiqamət kimi Yunanıstanı seçirlər. Hazırda bu ölkədə saysız-hesabsız qaçqın düşərgəsi var. Yeni düşərgələrin salınması yerli əhalinin etirazları səbəbindən təxirə salınır.

Əcnəbilərin Yunanıstana gəlişi törədilən cinayətlərin sayının artması və turizm sahəsinə mənfi təsirlə müşayiət olunur. Eyni zamanda, yunanlar qaçqınlara yardım məqsədilə könüllü kimi işləmək istəmirlər. Könüllülər miqrantlar arasından seçilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.