Dünya

Rusiyada itkin düşən gənc həmyerlimiz tapıldı - Yoxa çıxma səbəbi bilindi - FOTO

21 May 2019 15:45
0 Şərh     Baxış: 1 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada itkin düşən gənc həmyerlimiz tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib. Onun sözlərinə görə, itkin düşən 1998-ci il təvəllüdlü Ağazadə Ağahüseyn Abbas oğlu valideynlərindən xəbərsiz Novosibirskə yollanıb:

"Ağazadə Ağahüseyn sevdiyi bir qıza görə Novosibirskə yollanıb. O, həmin xanımla sosial şəbəkədə tanış olduqdan sonra onu görmək üçün oraya yollanıb. Qızın özü də azərbaycanlıdır və əslən Cəlilabaddandır. Ağahüseyn ora yollandıqdan bir müddət sonra yaxınları xəbər tutaraq gənci evinə qaytarıblar".

F.Qasımov əlavə edib ki, saytlarda isə Ağahüseynin soyadı səhvən Əlizadə gedib.

Bildirək ki, 1998-ci il təvəllüdlü Ağazadə Ağahüseyn Abbas oğlu may ayının 16-dan sonra yoxa çıxmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.