Dünya

Dubayın 3 şeyxi eyni gündə evləndi

21 May 2019 11:30
1 Şərh     Baxış: 2 176
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Birləşmiş Ərəb Əmirliyinin vitse-prezidenti və Dubayın idarəçisi şeyx Məhəmməd ben Rəşid Al Maktumun 3 oğlu eyni gündə nikah kəsdirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar seçib-sevdikləri xanımlarla mayın 15-də münasibətlərini rəsmiləşdiriblər. Dövlət idarəsinin mətbuat katibi də məsələni təsdiqləyib. Onların üçünün də anası Hind bint Maktum bin Cumadır.

Dubai Media Office-in xəbərinə görə, Dubayın 36 yaşlı varisi Hamdan ben Məhəmməd Al Maktum şahzadə Şeyx ben Rəşidə Al Maktumla ailə qurub.

Dubay hökmdarının müavini olan 35 yaşlı şeyx Maktum bin Məhəmməd şahzadə Məryəm bent Buti Al Maktumi ilə nikah bağlayıb.

İnformasiya Fondunun sədri 32 yaşlı Məhəmməd ben Rəşid Al Maktum isə şahzadə Midiya bunt Dalmuc Al Maktumla ailə qurub.

Hər üç subay şeyxin islam qaydalarına uyğun olan nnikahı eyni gündə baş tutub. Rəsmi toy şənliyi isə bir müddət sonra keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.